Azərbaycan, Bakı, 28 yanvar / " Trend ", m üxbir A.Bədəlova/ 21-25 yanvar həftəsində Azərbaycanın Gürcüstanın Supsa və Batumi limanlarından satdığı AZERI LT (CIF) neftinin otra qiyməti $89,6/barr. təşkil edib, bu da ötən həftənin orta qiymətindən $1,68/barr aşağıdır.
21-25 yanvar həftəsində AZERI LT neftinin maksimal qiyməti $92,25/barr, minimal qiyməti isə $88,71/barr tiəşkil edib.
Azeri Light neftinin APİ üzrə sıxlığı 34,6 dərəcə təşkil edir, tərkibindəki kükürdün miqdarı - 0,14%-dir.
21-25 yanvar həftəsində Azərbaycanın Novorossiyk limanından satdığı URAL (EX-NOVO) neftinin orta qiyməti $83,96/barr təşkil edib, bu da ötən həftənin orta qiymətindən $1,94/barr aşağıdır.və ya 5,2 faiz çoxdur.
21-25 yanvar həftəsində URAL neftinin maksimal qiyməti $86,2/barr, minimal qiymət isə $82,81/barr təşkil edib.
URAL neftinin sıxlığı APİ üzrə 32 dərəcə təşkil edir, tərkibindəki kükürdün miqdarı - 1,3%-dir. Lakin satış zamanı bu neft növünün spesifikasiyası müxtəlif vaxtlarda tərkibində daha çox (daha az) dominantlıq edən keyfiyyətli neft növlərindən asılı olaraq dəyişir.
21-25 yanvar həftəsində Brent Dated neftinin orta qiyməti $88,31/barr təşkil edib, bu da ötən həftənin orta qiymətindən $1,82/barr aşağıdır.
Ötən həftə Brent neftinin maksimal qiyməti $91,03/barr, minimal qiymət isə $87,38/barr təşkil edib.
Brent Dated neftinin sıxlığı APİ üzrə 38,3 dərəcə təşkil edir, tərkibindəki kükürdün miqdarı - 0,36%-dir.