Azərbaycan, Bakı, 01 may/ Trend , müxbir A.Bədəlova/ 2030-cu ilədək dünya bazarında ilkin enerji daşıyıcılarına olan tələbat 55 faiz artacaq. Bu barədə Beynəlxalq Energetika Agentliyi (BEA) tərəfindən hazırlanan World Energy Outlook mərzuəsində deyilir.
2030-cu ilədək enerjiyə olan təlabatın orta illik artım templəri 1,8 faiz təşkil edəcək. 2030-cu ilə enerji ehtiyatlarına olan təlabat neft ekvivalentində 2005-ci ildəki 11,4 mlrd. tona qarşı 17,7 mlrd. tona çatacaq. Hasil edilən yanacağın payına 2005-2030-cu illərdəki ümumi təlabat artımının 84 faizi düşəcək.
Dünya təlabatında neftin payı 35 faizdən 32 faizədək azalacaq. 2030-cu ildə neftə olan təlabat 2006-cı ildə sutkada 32 mln. barelə qarşı 116 mln. barel təşkil edəcək.
Agentliyin proqnozlarına görə, kömürə olan təlabat 73 faiz artacaq və bunun nəticəsində enerji ehtiyatlarına ümumi təlabatda kömürün payı 25 faizdən 28 faizədək artacaq. Kömürə olan təlabat artımının böyük hissəsi Çin və Hindistanın payına düşür.
BEA-nın proqnozlarına görə, təbii qazın payı 21 faizdən 22 faizədək artacaq. Elektrik enerjisindən istifadənin payı da17 faizdən 22 faizədək artacaq.
İnkişafda olan ölkələrin payın ilkin enerji daşıyıcılarına olan dünya təlabatı artımının 74 faizi düşəcək. Bu artımın 45 faizi Çin və Hindistan, beşdə biri İƏİT ölkələri, 6 faizi isə keçid iqtisadiyyatlı ölkələrin payın düşəcək. İnkişafda olan ölkələr 2015-ci ildə enerjiyə olan dünya tələbatı artımının 47 faizini, 2030-cu ildə isə yarıdan çoxunu təmin edəcəklər.
BEA-nın proqnozlarına görə, 2015-ci ildə OPEK ölkələrində neft, qaz kondensatı və qeyri-ənənəvi neft istehsalı gündə 46 mln. barelədək, 2030-cu ildə isə gündə 61 mln. barelədək artacaq.
Dünya neft tədarükündə OPEK-in payı 2030-cu ilin sonuna 52 faizədək artacaq. 2030-cu ilə neftin qiyməti $62/barel təşkil edə bilər.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]