...

Azərbaycan Dövlət Neft Şirkətinin iştirak etdiyi alyans Türkiyənin "Petkim" neft-kimya holdinqi səhmlərinin 51 faizini alıb

Energetika Materials 30 May 2008 14:40 (UTC +04:00)
Azərbaycan Dövlət Neft Şirkətinin iştirak etdiyi alyans Türkiyənin "Petkim" neft-kimya holdinqi səhmlərinin 51 faizini alıb

Azərbaycan, Bakı, 30 may/ Trend , müxbir Y.Əliyev/ Türkiyədə "Petkim" neft-kimya holdinqi səhmlərinin 51 faizinin verilməsi mərasimi keçirilib. Səhmlər SOCAR (Azərbaycanın Dövlət Neft Şirkəti)/Turcas Petrol/İnjaz Projects şirkətlər alyansı tərəfindən alınıb.

Səhmlərin verilməsi haqqında sazişi Azərbaycanın Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev, Turcas-ın icraçı direktoru Erdal Aksoy və Türkiyənin özəlləşdirmə və sosial orqanlarının nümayəndələri imzalayıblar.

SOCAR/Turcas/Injaz holdinqin 51 faizlik səhm paketini $2,04 mlrd-a alıb. Şirkət idarəçiləri alyansı ikinci yarısında müəssisədə konkret işlərə başlamaq niyyətindədir.

Şirkətlər alyansı yeddi-səkkiz il ərzində müəssisəyə investisiya qismində $10 mlrd. yatırmaq niyyətindədir. Müəssisənin bazasında kömür və qazla işləyəcək iki elektrik stansiyası tikiləcək.

SOCAR/Turcas/Injaz-ın Petkim-istehsalat imkanlarının müasirləşdirilməsinə investisiyaları bu müəssisənin Türkiyə bazarındakı rolunu hazırki 27 faizdən 40 faizədək artıracaq. Hazırda Türkiyə lazımi kimyəvi məhsulların 70-75 faizini idxal edir. SOCAR/Turcas/Injaz-ın "Petkim"in inkişafına investisiyaları məhsul idxalını 30 faizədək azaltmağa imkan verəcək. Hər il Türkiyə bazarında kimyəvi məhsullarına olan təlabat 12 faizədək artır.

Dövlət Neft Şirkətində hesab edirlər ki, investisiyalar beş-altı il ərzində özünü doğrulda bilər və hər şey bazarın konyukturasından asılı olacaq. SOCAR/Turcas/Injaz Türkiyədə, "Petkim"in istehsalat obyektlərinin yaxınlığında kimya müəssisələrini xammalla təmin etmək üçün NEZ tikmək niyyətindədir. NEZ-in güman edilən illik emal gücü 6 mln. ton neft təşkil edəcək.

"Petkim" plastik qablaşdırmalar, parçalar, PVC, yuyucu vasitələr istehsal edir və Türkiyədə belə məhsulların yeganə istehsalçısıdır. Şirkət məhsullarının dörddə birini ixrac edir.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti