Azərbaycan, Bakı, 05 iyun/ Trend , müxbir İ.Xəlilova/ Qaradağ yeraltı qaz anbarının yenidən qurulması üçün $70-75 mln. tələb olunur. Bu barədə "Azəriqaz" QSC-nin sədr müavini Nazim Səmədzadə məlumat verib. Qaz anbarının genişləndirilməsi üzrə işlər Azərbaycanın Dövlət Neft Şirkətinin (ARDNŞ) hesabına aparılır və işləri 2009-cu ilin sonuna başa çatdırmaq planlaşdırılır.
Hazırda Qaradağ qaz anbarının həcmi 400-600 mln. kubmetr təşkil edir. Bu gün Azərbaycanda iki qaz anbarı fəaliyyət göstərir - Qaradağ və Kəlməz. İki il ərzində onların həcmini 3 mlrd. kubmetrədək genişləndirmək nəzərdə tutulur.
"Hazırki mərhələdə Kəlməz qaz anbarının genişləndirilməsi bir məna kəsb etmir. Belə ki, bu qaz anbarının həcmi - 1 mlrd. kubmetr rayonunda həcm kifayətdir", - Səmədzadə hesab edir.
Qaradağ və Kəlməz qaz anbarları ilk dəfə 2006-cı ildə bir mlrd. kubmetr qazla doldurulub. Səmədzadənin sözlərinə görə, bu gün ötən ildən qalan qalıq nəzərə alınmaqla, qaz anbarına 540 mln. kubmetr qaz vurulub. İlin sonunadək bu rəqəmi 1440 mln. kubmetrədək çatdırmaq gözlənilir.
Qaradağ qaz anbarının genişləndirilməsi yüksək təzyiqli kompressor stansiyasının və aktiv qaz həcmini 2,3 mlrd. kubmetrə çatdırmaq üçün qaztəmizləyici qurğuların layihələndirilməsini nəzərdə tutur. Avadanlığın quraşdırılması, tikinti, köhnə quyu fondunun əsaslı təmiri, yeni zəruri quyuların qazılması, qazma sahələrinin dəqiqləşdirilməsi, quyuların və yeraltı çənlərin tam müayinəsi planlaşdırılır.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]