Azərbaycan, Bakı, 18 iyun / Trend / Azərbaycan Dövlət Neft Şirkətinin tərkibinə daxil olan Bakı NEZ, Heydər Əliyev adına zavod (Keçmiş "Azerneftyanacag") və "Azerneftyag" cari ilin yanvar-may aylarında təxminən 3,06 mln. ton neft emal edib. Bu müəssisələrdə neft məhsulları istehsalı ötən ilə nisbətən 2,8 faiz artıb.
Azərbaycanın Dövlət Statistika Komitəsindən verilən məlumata görə, avtomobil benzini istehsalı, ötən ilin analoji dövrü ilə müqayisədə, 15,1 faiz, dizel yanacağı 12,9 faiz, bitum isə 13,5 faiz artıb.
Ağ neft istehsalı 8,1 faiz, yağ 11 faiz, mazut 44,8 faiz, nafta 49,4 faiz aşağı düşüb.
Cari ildə Azərbaycanda neft məhsulları istehsalı:
Min ton | 2008-ci il yanvar - may | 2007-ciilin yanvar-mayına nisbətdə %-lə |
Avtomobil benzini | 486 | 115,1 |
Ağ neft | 316,8 | 91,9 |
Yanacaq mazutu | 611,1 | 55,2 |
Dizel yanacağı | 969,5 | 112,9 |
Neftbitum | 67,2 | 113,5 |
Sürtgü yağı | 21 | 89 |
Nafta | 122,8 | 50,6 |