...

Total-ın İrandan getməsi "Qərbin şeytan oyunlarıdır" – NİOC-un rəhbəri

Energetika Materials 15 İyul 2008 17:03 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 iyul/ Trend / İranın Milli Neft Şirkətinin (NİOC) başçısı Seyfullah Cəşnsaz Fransanın Total şirkətinin İranın neft sənayesindən getməsi barədə xəbəri yalan adlandırıb. Bu barədə İranın "İRİNN" xəbər kanalı məlumat yayıb.

"Total şirkətinin prezidenti rəsmi məktub göndərərək, İranın neft sənayesində öz öhdəliklərinə sadiq qalacağını bəyan edib" - deyə NİOC-un rəhbəri çərşənbə axşamı, İranın "İRİNN" xəbər kanalında keçirilən "İran və Rusiya: neft sənayesininin çiçəklənməsinə tərəf addım " adlı Dəyirmi Masada deyib.

NİOC rəhbəri Fransanın Total şirkətinin İranın neft sənayesindən getməsi barədə danışıqları "Qərbin şeytan oyunları" adlandırıb.

Total şirkətinin rəhbəri Kristof De Marjeri (Christophe de Margerie) ötən həftə "Financial Times" qəzetinə müsahibəsində bildirib ki, şirkət bundan sonra İranda "Cənubi Pars" qaz yatağının işlənilməsinə sərmayə yatırmayacaq. O, bunun səbəbini İranda siyasi baxımdan vəziyyətin çox təhlükəli olması ilə izah edib. Totalın yatırdığı sərmayələrin həcmi açıqlanmır.

Total 1997-ci ildən "Cənubi Pars" yatağında çalışıb. "Cənubi Pars" yatağı 1990-cı ildə açılıb. Yatağın işlənilməsi 25 fazadan keçir, operatoru NİOC-dur. Qaz yatağının hasil edilə bilən ehtiyatları 13-15 trln. kumbetr qiymətləndirilir.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]

Xəbər lenti

Xəbər lenti