...

BUE Marine Limited BP Azerbaijan-la müqavilə bağlayıb

Energetika Materials 17 Sentyabr 2008 18:41 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 sentyabr/ Trend , müxbir A.Bədəlova/Dubayın Topaz Energy and Marine Limited (Renaissance Services-in törəmə müəssisəsi) şirkətinin Azərbaycan bölməsi BUE Marine Limited BP Azerbaijan-la üç dəniz əməliyyatlarına dəstək gəmisinin verilməsi haqqında $225 mln. dəyərində müqavilə bağlayıb, - Renaissance Services-in məlumatında deyilir.

Müqavilə üç dəstək gəmisinin verilməsini nəzərdə tutur: dinamik pozisiyonlaşmaya malik dəniz dəstək gəmisi (PSV), dinamik pozisiyonlaşmaya malik dəniz dəstək gəmilərinə lövbərin quraşdırılması üçün yedək (AHTS) və bir qəza bərpa gəmisi (ERRV).

Bütün gəmilər beynəlxalq qaydalara uyğundur və ətraf mühitin mühafizəsi normalarına cavab verir.

Müqavilənin bağlanması Xəzər dənizi regionunda dəniz dəstək xidmətlərinin aparıcı provayderi qismində Topaz-ın mövqeyini gücləndirir, - Renaissance Services-in məlumatında bildirilir. Topaz üç il bundan əvvəl BUE Marine-ni aldıqdan sonra, dəniz əməliyyatlarının sayını xeyli artırıb.

Dinamik pozisiyonlaşmaya malik dəniz dəstək gəmisi ölkəyə gətiriləcək gəmilərdən birincisi olacaq və 2009 - cu ildə işə başlayacaq. Qalan iki gəmi 2010 - cu ilin ortalarında fəaliyyətə başlayacaq.

Topaz-ın 100 - dən çox dəniz dəstək gəmisi var və Yaxın Şərqdə dəniz dəstək gəmiləri üzrə ən iri şirkətdir.

Xəbər lenti

Xəbər lenti