...

Aİ ölkələri "istixana qazı" nı 80 faiz azaltmalıdırlar – Aİ - nin energetika üzrə komissarı

Energetika Materials 12 Noyabr 2008 16:54 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 noyabr/ Trend / "2050 - ci ilədək "istixana qazı" nın 80 faiz azaldılması üçün nəzarət texnologiyalarının tətbiqi və karbonun saxlanılması (CCS) lazımdır", - deyə Brüsseldə Avropa İttifaqının energetika məsələləri üzrə komissarı Andris Piebalqs bildirib.

"2050 - ci ilədək Aİ "istixana qazı" tullantılarını 80 faiz azaltmalıdır və artıq ilkin addımlar atmaq lazımdır", - deyə Piebalqs Baş Assambleyanın iclasında çıxışı zamanı bildirib. Onun bu çıxışı komissarın rəsmi saytının Zero Emission bölməsində yerləşdirilib.

Piebalqs sözlərinə görə, Aİ-yə üzv ölkələr bu tullantının ümumi həcminin 2020-ci ilədək 20 faiz azaldılmasına tərəfdardırlar.

"Aİ-yə üzv ölkələr mühitin dəyişdirilməsi ilə əsas mübarizə üsulları qismində, Avropa İttifaqının ətraf mühti (ETS) çirkləndirən tullantılara icazənin satışı üzrə sxeminə bir sıra dəyişikliklərin tətbiq edilməsi barədə razılığa gəliblər", - deyə Piebalqs bildirib.

Avropa komissarının sözlərinə görə, indi karbonun saxlanılması üzrə 300 MVt gücündə 12 iri zavodun tikintisi üzrə müzakirələr aparılır. Bu təşəbbüsə 11 mlrd. avro ayrılması planlaşdırılır. Piebalqs bildirib ki, hazırda CCS üzrə 40 - dan çox təcrübi layihə mövcuddur.

Xəbər lenti

Xəbər lenti