...

Azərbaycanda hər gün kəmərlərlə 1 milyon bareldən çox neft ixrac edilir

Energetika Materials 12 İyun 2009 18:40 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 iyun / Trend /

"Hazırda Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə sutkada 900 min barel neft nəql edilir", - cümə günü Azərbaycanın neft-qaz sahəsindəki mənbə məlumat verib. 

Bakı-Supsa kəməri ilə neft ixracı sutkada təxminən 75-80 min bareldir. Bakı-Novorossiysk kəmərində bu rəqəm 80 min barelə yaxındır.

BTC ilə "Azəri-Çıraq-Günəşli" yataqlar blokunun işlənməsi üzrə tərəfdaşların (Exxon Mobil və Devon istisna olmaqla) hasil etdiyi neft ixrac olunur. Qazaxıstanın "Tengiz" yatağından çıxarılan neft də bu kəmərlə nəql olunur.

BTC Co-nun səhmdarları aşağıdakılardır: BP (30,1 faiz); AzBTC (25 faiz); Chevron (8,90 faiz ); Statoil (8,71 faiz ); ТРАО (6,53 faiz ); Eni (5 faiz ); Total (5 faiz ); Itochu (3,40 faiz ); Inpex (2,50 faiz ); ConocoPhillips (2,50 faiz ) və Amerada Hess (2,36 faiz ).

Bakı-Supsa kəməri ilə "Azəri-Çıraq-Günəşli" yataqlar blokunun işlənməsi üzrə bütün tərəfdaşların nefti nəql olunur.

Bakı-Novorossiysk kəmərinin operatoru, Azərbaycanın quru yataqlarında öz vəsaitləri hesabına əldə etdiyi nefti, birgə müəssislər və əməliyyat şirkətlərinin neftini nəql edən SOCAR-dır.

Xəbər lenti

Xəbər lenti