...

Azərbaycan yeni enerji inkişafının astanasındadır - Hillari Klinton

Energetika Materials 16 Sentyabr 2009 16:51 (UTC +04:00)
"Azəri-Çıraq-Günəşli" yatağının işlənməsi və Azərbaycanın Beynəlxalq Əməliyyat Şirkətinin yaradılması beynəlxalq enerji diplomatiyasında böyük uğur oldu və bu, beynəlxalq neft və qaz sahəsinin inkişafında dönüş nöqtəsidir.
Azərbaycan yeni enerji inkişafının astanasındadır - Hillari Klinton

Azərbaycan, Bakı, 16 sentyabr / Trend , müxbir Ü.İsmayılova /

"Azəri-Çıraq-Günəşli" yatağının işlənməsi və Azərbaycanın Beynəlxalq Əməliyyat Şirkətinin yaradılması beynəlxalq enerji diplomatiyasında böyük uğur oldu və bu, beynəlxalq neft və qaz sahəsinin inkişafında dönüş nöqtəsidir", - bu barədə ABŞ-ın dövlət katibi Hillari Klintonun Azərbaycan Prezidenti İlham Əliyevə göndərdiyi məktubunda qeyd olunur. Məktubun mətni çərşənbə günü Bakıda keçirilən "Əsrin müqaviləsi"nin imzalanmasının 15 illiyinə həsr olunmuş tədbirdə ABŞ-ın Avrasiya məsələləri üzrə xüsusi nümayəndəsinin müavini Daniel Stayn tərəfindən oxunub.

Beynəlxalq enerji təhlükəsizliyinin təmin edilməsi istiqamətində səylər Avrasiya regionu üçün hələ də əsas məsələ olaraq qalmaqdadır. "Bu baxımdan iyulun 13-də "Nabukko" qaz kəməri üzrə hökumətlərarası müqavilənin imzalanması Xəzər qazını Avropaya nəql edəcək "Cənub dəhlizi"nin açılması üçün birgə səylərimizin vacib mərhələsi oldu", - Klinton belə hesab edir.

"Biz ümid edirik ki, Azərbaycan, Türkiyə və digər maraqlı ölkələr bu imkanlardan yararlanaraq "Cənub dəhlizi" layihəsinin həyata keçirilməsi üçün vacib olan digər məsələləri də razılşadıracaqlar", - ABŞ-ın dövlət katibinin məktubunda deyilir.

"Azərbaycan hazırda yeni enerji inkişafının astanasındadır, biz sizinlə və regionun digər liderləri ilə birlikdə yeni neft və qaz ehtiyatlarının axtarışı və onların dünya bazarına çıxarılması üçün yeni marşrutların açılması məqsədi ilə əməkdaşlığı davam etdirməliyik", - məktubda deyilir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti