...

ARDNŞ Azərbaycanın qaz təsərrüfatına nəzarəti artırıb

Energetika Materials 30 Sentyabr 2009 13:32 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 sentyabr / Trend /

2009-2010-cu ilin payız-qış mövsümünə hazırlıq ilə əlaqədar tədbirlər planına əsasən, ARDNŞ tərəfindən təxminən 12 min metr yerüstü və yeraltı müxtəlif diametrli boru kəməri, həmçinin orta və aşağı təzyiqli qaz kəmərləi salınıb, bu barədə ARDNŞ-ın məlumatında deyilir.

3,2 min ədəd məişət qazı sayğacının evlərdən və həyətlərdən çölə köçürülməsi üzrə işlər həyata keçirilib.

Ölkə ərazisində mövcud olan qaydalara, həmçinin və əsasən qaz istismarı üzrə məntəqələrin təsdiqlənmiş qrafikinə müvafiq olaraq, ictimai binalar və mənzillərin daxilində qaz avadanlıqlarına texniki baxış keçirilməsi və xidmətlərin göstərilməsinə dair təlimatlara uyğun olaraq, abunəçilərin evlərində və ictimai binalarda texniki nəzarət işlərinin gücləndirilməsi tapşırılıb.

Xəbər lenti

Xəbər lenti