...

Gürcüstan Azərbaycan qazını Rumıniyaya ixrac etmək niyyətindədir

Energetika Materials 8 Oktyabr 2009 12:36 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 08 oktyabr / Trend , müxbir N.Kirsxaliya/

Rumıniya və Gürcüstan hökumətləri arasında energetika sahəsində əməkdaşlıq barədə razılıq imzalanıb. Sənəd Tbilisidə Gürcüstanın energetika naziri Aleksandr Xetaquri və Rumıniyanın energetika naziri Tudor Şerban tərəfindən imzalanıb.

Xetaquri deyib ki, protokollara müvafiq olaraq, biz əməkdaşlıq etmək istəyimizi bildirmişik. Onun sözlərinə görə, enerji sahəsində gürcü-rumın əməkdaşlığı çərçivəsində əsasən iki layihə nəzərdən keçirilir.

Nazir deyib ki, bu. neft və qazın Xəzərdən Qara dənizə qədər nəqli və daha sonra isə onun Rumıniya vasitəsilə Avropanın müxtəlif ölkələrinə nəql olunması məsələsidir.

Bundan başqa, qaz sektorunda da layihələr nəzərdən keçirilir. Yaxın günlərdə layihənin texniki-iqtisadi təhqiqatı başlanacaq və bundan sonra növbəti mərhələyə başlanacaq.

Gürcüstanın energetika naziri deyib ki, layihədə Azərbaycandan Qara dənizə qədər qaz boru xəttinin, mayeləşdirilmiş qaz istehsalı zavodunun tikintisi və həmin qazın Rumıniyaya nəqli nəzərdə tutulur. "Mayeləşdirilmiş qaz Konstansada yenidən təbii qaza çevrildikdən sonra Avropa ölkələri arasında paylaşdırılacaq", - nazir belə deyib.

Onun sözlərinə görə, bu layihələrin reallaşması ilə bir tranzit ölkə kimi Gürcüstanın rolu daha da artacaq.

Şerban da öz növbəsində deyib ki, elektroenerji və qaz layihələrinin reallaşmasında Rumıniya ilə Gürcüstan arasında enerji sahəsindəki əməkdaşlıq onun ölkəsi üçün böyük əhəmiyyət kəsb edir. O qeyd edib ki, bu region qazla zəngindir və bu, tranzit üçün əlverişli şərait yaradır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti