...

Azərbaycan neftinin qiyməti: 12-16 oktyabr həftəsinin yekunları

Energetika Materials 19 Oktyabr 2009 11:25 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 oktyabr / Trend , müxbir E. İsmayılov/

12-16 oktyabr həftəsində Azərbaycanın Türkiyənin Ceyhan və Gürcüstanın Batumi limanından satdığı AZERI LT (CIF) neftinin orta qiyməti $74,4 /barr. təşkil edib, bu da ötən həftənin orta qiymətindən $4,5 /barr çoxdur.

12-16 oktyabr həftəsində AZERI LT neftinin maksimal qiyməti $76,74 /barr, minimal qiyməti isə $72,61 /barr təşkil edib.

Azeri Light neftinin APİ üzrə sıxlığı 34,6 dərəcə təşkil edir, tərkibindəki kükürdün miqdarı - 0,14%-dir.

12-16 oktyabr həftəsində Azərbaycanın Novorossiysk limanından satdığı URALS (EX-NOVO) neftinin orta qiyməti $71,5 /barr təşkil edib, bu da ötən həftənin orta qiymətindən $4,8 /barr çoxdur.

12-16 oktyabr həftəsində URALS neftinin maksimal qiyməti $73,85 /barr, minimal qiymət isə $69,7 /barr təşkil edib.

URALS neftinin sıxlığı APİ üzrə 32 dərəcə təşkil edir, tərkibindəki kükürdün miqdarı - 1,3%-dir. Lakin satış zamanı bu neft növünün spesifikasiyası müxtəlif vaxtlarda tərkibində daha çox (daha az) dominantlıq edən keyfiyyətli neft növlərindən asılı olaraq dəyişir.

12-16 oktyabr həftəsində Brent Dated neftinin orta qiyməti $72,3 /barr təşkil edib, bu da ötən həftənin orta qiymətindən $4,5 /barr çoxdur.

Ötən həftə Brent neftinin maksimal qiyməti $74,93 /barr, minimal qiymət isə $70,53 /barr təşkil edib.

Brent Dated neftinin sıxlığı APİ üzrə 38,3 dərəcə təşkil edir, tərkibindəki kükürdün miqdarı - 0,36%-dir.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti