...

Azərbaycanda polietilen istehsalı artıb

Energetika Materials 23 İyun 2010 11:37 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 iyun /Trend/

Yanvar-may aylarında ARDNŞ-in (Dövlət Neft Şirkəti) "Azərikimya" istehsalat müəssisəsi (kimya məhsullarının istehsalı) 5,8 milyon kubmetr azot istehsal edib ki, bu da 2009-cu ilin analoji göstəricisindən 21,3 faiz çoxdur. Bu barədə Dövlər Statistika Komitəsindən məlumat verilib.

İB-də istehsal olunan kimyəvi məhsulların bütün əsas növləri üzrə yanvar-may aylarında xeyli artım müşahidə olunub. Azalma yalnız kükürd turşusunun istehsalında müşahidə edilib.

Yanvar-may aylarında kimyəvi məhsulların əsas növlərinin istehsalı:

Məhsulun adı

yanvar-may, 2010-cu il

2009-cu ilin yanvar-may aylarına nisbətən     (%-lə)

Azot (mln kubmetr)

5,8

121,3

Polietilen (min ton)

27

2,8 dəfə

Propilen (min ton)

11,2

2,2 dəfə

İzopropilə olunmuş spirt (min ton)

6,9

2,3 dəfə

Lak və boya məmulatları (min ton)

802,9

116,4

Kükürd turşusu (min ton)

2,3

28,8

Kimyəvi xammal istehsalının artımı ilə yanaşı, ölkədə plasmas və rezin məmulatların istehsal həcmində də artım müşahidə olunub. Belə ki, yanvar-may aylarında ölkədə ötən ilin analoji dövrünün göstəricisindən 3,2 dəfə çox, yəni 2,4 min tona yaxın bərk polietilen borular, şlanqlar istehsal olunub. Eləcə də respublikada 105 ton məsaməli poliuretan lövhə və zolaqlar istehsal olunub ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən19,2 faiz azdır. Artım plastik qablar istehsalında da müşahidə olunur. Yanvar-may aylarında 12,6 ton bu növdə məhsul istehsal olunub ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 90,9 faiz çoxdur.

Xəbər lenti

Xəbər lenti