...

İran-Türkiyə qaz kəmərində partlayışa görə məsuliyyət KFP terrorçularının üzərinə qoyulub (YENİLƏNİB)

Energetika Materials 21 İyul 2010 15:13 (UTC +04:00)
Türkiyənin təhlükəsizlik qüvvələri İrandan Türkiyəyə qaz nəqlini həyata keçirən qaz kəməri magistralında partlayışa görə məsuliyyəti Kürd Fəhlə Partiyası terrorçularının üzərinə qoyublar. Bu barədə Türkiyənin CNN Turk telekanalının saytı yazır.
İran-Türkiyə qaz kəmərində partlayışa görə məsuliyyət KFP terrorçularının üzərinə qoyulub (YENİLƏNİB)

RED. əlavəsi: insidentin günahkarları barədə məlumat yenilənib

Türkiyənin təhlükəsizlik qüvvələri İrandan Türkiyəyə qaz nəqlini həyata keçirən qaz kəməri magistralında partlayışa görə məsuliyyəti Kürd Fəhlə Partiyası terrorçularının üzərinə qoyublar. Bu barədə Türkiyənin CNN Turk telekanalının saytı yazır.

Partlayış çərşənbə gününə keçən gecə baş verib. Nəticədə, İran Türkiyə tərəfinin tələbi ilə gecə saat 2-dən başlayaraq, boru kəməri ilə qaz verilməsini dayandırıb.

İran gün ərzində Türkiyəyə, orta hesabla, 23 milyon kubmetr qaz nəql edir.

Son həftələr ərzində KFP yaraqlıları nəzərəçarpacaq dərəcədə fəallaşıblar. Dünən, Həkkəri və Van vilayətlərində hərbi konvoyun terrorçuların yerləşdirdikləri minaya düşərək partlaması nəticəsində, türk ordusunun yeddi əsgəri həlak olub.

Xəbər lenti

Xəbər lenti