...

Maye qazın ixracı hazırda türkmən qazının Avropaya çatdırılması üçün yeganə variantdır

Energetika Materials 26 Yanvar 2011 15:49 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 yanvar /Trend, müxbir A.Bədəlova/

Bu günə Xəzər dənizi  və Azərbaycan vasitəsilə Türkmənistanın təbii maye qazının ixracı Avropaya türkmən qazının nəqli məsələsinin həllində yeganə qərarıdır. "Eurasia Energy Observer" Avropa İnternet-jurnalının baş redaktoru Andrey Tibold belə hesab edir.

"Mən Transxəzər boru kəmərinin tikintisi yolunda bütün maneələrin öhdəsindən gəlinənə qədər, təbii maye qazın nəqli məsələsinə "tranzit" qərar kimi baxacağam", - Tibold Trend-ə elektron poçtla bildirib.

Bu gün Avropa bazarına türkmən qazının nəql edilməsində bir neçə variant nəzərdən keçirilir. Bu yaxınlarda Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun dediyinə görə, Xəzər dənizinin dibi ilə Transxəzər boru kəmərinin tikintisi bu məsələnin həlli üçün ən cəlbedici qərarıdır. Bununla belə, təbii maye qazın Xəzər ilə ixtisaslaşdırılmış gəmi-tankerlərlə nəql edilməsi variantı da nəzərdən keçirilir.

Azərbaycan bütün göstərilən məsələlərdə türkmən qazının Avropaya ixracı üçün tranzit ölkə rolunda çıxış edəcək. Keçən ilin yayında İtalyanın Eni şirkəti ARDNŞ-yə (Azərbaycan Dövlət Neft Şirkəti) Azərbaycan vasitəsilə Türkmənistandan altı-səkkiz milyard kubmetr maye qazın Avropaya nəql edilməsi layihəsində iştirak etməyi təklif edib. Layihəyə əsasən, Türkmənistanın maye qazı Azərbaycan sahillərinə Xəzər dənizi vasitəsilə gəmilərlə daşınacaq, sonra isə mövcud Cənubi Qafqaz boru kəməri (Bakı-Tbilisi-Ərzurum) ilə Avropaya nəql ediləcək.

Tiboldun sözlərinə görə, bu layihənin reallaşdırılmasının ilk mərhələsində Cənubi Qafqaz boru kəmərinin ehtiyat gücü Türkmənistandan təbii maye qazın ixracı üçün kifayət edəcək.

Tiboldun sözlərinə görə, Cənubi Qafqaz qaz kəmərinin tikilməsi halında, müəyyən qədər əlavə boru kəməri lazım olacaq.

Transxəzər qaz kəməri layihəsi dənizin dibi ilə Türkmənistandan Azərbaycana boru kəmərinin çəkilməsini nəzərdə tutur. Planlaşdırılır ki, bu layihə Avropa İttifaqının Xəzər regionundan Avropadaya qazın nəqli üzrə prioritet marşrutlardan biri olan "Cənub dəhlizi"nin tərkib hissəsi olacaq.

Cənubi Qafqaz boru kəmərinin uzunluğu 700 kilometrdən çoxdur. Bu qaz kəməri ilə Xəzər dənizinin Azərbaycan sektorunda "Şahdəniz" qaz-kondensat yatağından hasil edilən qaz daşınır. Qaz Gürcüstan və Türkiyəyə tədarük edilir. Azərbaycan da alıcı qismində çıxış edir.

Tiboldun fikrincə, bu günə Xəzər dənizinin statusunun həll edilməməsi səbəbindən yubadılan Transxəzər boru kəmərinin tikintisi Avropa İttifaqının (həmçinin ABŞ) bu qaz kəmərinin tikintisində Türkmənistana və Azərbaycana nə dərəcədə kömək edəcəyindən asılı olacaq.

"Baxmayaraq ki, Türkmənistanın mövqeyi ondan ibarətdir ki, Transxəzər boru kəmərinin çəkilməsi üçün boru kəmərinin dənizin dibi ilə keçəcəyi ölkələrin razılığı kifayətdir, digər sahilboyu ölkələr - Rusiya və İran bu məsələyə etiraz etmək üçün effektiv yollar axtaracaqlar", -Tibold hesab edir.

"Avropa Komissiyasının energetika üzrə rəhbəri Joze Manuel Barrozo və Avropa komissarı Hünter Ottingerin Aşqabada səfərindən çox keçməmiş Rusiya və İran yenidən öz mövqelərini təsdiq etdilər ki, Transxəzər boru kəmərinin tikintisi üçün beş sahilboyu ölkənin hamısının razılığı lazımdır", - Tibold əlavə edib.

Xəbər lenti

Xəbər lenti