...

Azərbaycanda kimya məhsullarının istehsalı artıb

Energetika Materials 14 Mart 2011 16:34 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 mart /Trend/

Yanvar-fevralda ARDNŞ-nin "Azərikimya" İstehsalat Birliyi 3,3 milyon kubmetr azot istehsal edib ki, bu da ötən ilin analoji dövr göstəricisindən 78 faiz çoxdur. Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Məlumata əsasən, yanvar-fevralda İB tərəfindən istehsal olunan kimya məhsullarının bütün əsas növləri üzrə artım müşahidə edilib.

Kimya məhsullarının əsas növlərinin istehsalı:

Məhsullar

Yanvar-fevral, 2011

2010-cu ilin yanvar ayı ilə müqayisədə (%)

Azot (milyon kubmetr)

3,3

178

Polietilen (min ton)

15,6

В 2,4 dəfə

Propilen (min ton)

5,2

159,8

İzopropil spirti (min ton)

3

157,4

Boyaq maddələri (min ton)

281,9

129,4

Kükürd turşusu (min ton)

11,2

-

Yanvar-fevralda ölkədə 1029,1 ton bərk polietilen borular, kiçik borular, şlanqlar istehsal olunub ki, bu da ötən ilin analoji dövr göstəricindən 2,3 dəfə çoxdur. Həmçinin, respublikada 30 ton poliuretan "plastinlər" və "zolaqlar" istehsal olunub ki, bu da ötən ilin analoji dövr göstəricisindən 25 faiz azdır.

Xəbər lenti

Xəbər lenti