...

Yanvar-iyunda Azərbaycanda 23 milyon tondan artıq neft hasil olunub

Energetika Materials 14 İyul 2011 17:49 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 iyul /Trend/

Yanvar-iyunda Azərbaycanda 23,9 milyon tona yaxın neft və kondensat hasil olunub ki, bu da 2010-cu ilin analoji dövr göstəricisindən 5,6 faiz azdır. Bu barədə cümə axşamı Trend-ə Dövlət Statistika Komitəsindən məlumat verilib.

2010-cu ildə Azərbaycanda cəmi 50,83 milyon ton neft hasil olunub.

Ötən il neft hasilatının əsas həcmi xarici tərəfdaşlarla birgə işlənən "Azəri-Çıraq-Günəşli" yataqlar blokunun və "Şahdəniz" qaz-kondensat yatağının payına düşüb.

Yanvar-iyunda Azərbaycanda qaz hasilatı 12,91 milyard kubmetr təşkil edib ki, bu da 2010-cu ilin analoji dövr göstəricisindən 2,1 faiz azdır.

Ötən il respublikada 26,23 milyard kubmetr qaz hasil olunub ki, bunun da 16,67 milyardı əmtəə qazının payına düşüb.

Yanvar-iyunda Azərbaycanda 10,03 milyard kilovat-saat elektrik enerjisi istehsal olunub. Bu, 2010-cu ilin analoji dövr göstəricisindən 5,3 faiz çoxdur.

Xəbər lenti

Xəbər lenti