Azərbaycan, Bakı, 1 noyabr /Trend müxbir E.İsmayılov/
Noyabrın 21-22-də Bakıda "Yanacaq energetika kompleksində sənaye təhlükəsizliyi: Dənizdə və quruda neft dağılmaları - problemlər və qərarlar" adlı ilk beynəlxalq Xəzər-Qara dəniz konfransı keçiriləcək. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı tədbirin təşkilatçı şirkətinin məlumatında deyilir.
Konfransın təşkilatçısı qismində Azərbaycan Fövqəladə Hallar Nazirliyinin dəstəyi ilə "Confidence Capital" şirkəti çıxış edir.
Konfransda birgə reaksiya vermək fəaliyyətinin əlaqələndirilməsi, dəniz layihələrinin həyata keçirilməsində risklərin qiymətləndirilməsi və hesabatı, nəql və saxlama infrastrukturlarının istismara verilməsi, dağılmaların ləğv edilməsi üçün müasir texnologiyaların tətbiqi, torpaqların rekultivasiyası kimi məsələlər müzakirə ediləcək.
Mərasim iri neft-qaz şirkətlərinin nümayəndələrini, Azərbaycan, Rusiya, Qazaxıstan, Gürcüstan, Türkiyə, Norveç, Fransa, Belçika və digər ölkələrin qabaqcıl texnologiyalar istehsalçılarını bir araya gətirəcək.
"YEK-də sənaye təhlükəsizliyi: Dənizdə və quruda neft dağılmaları - problemlər və qərarlar" konfransının təcrübə mübadiləsi üzrə beynəlxalq məkana çevrilməsi planlaşdırılır.
Konfransa Türkiyə şirkətlərinin böyük marağı var. Xüsusilə, Türkiyənin dövlət boru kəməri şirkəti BOTAŞ-ın prezidenti və Direktorlar Şurasının sədri İbrahım Pala başda olmaqla, nümayəndə heyəti konfransda iştirakını təsdiqləyib.
Konfransda ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) Ekologiya İdarəsinın rəisi Azər Əliyev, "Lukoyl-İnjirinq" - "VolqoqradNİPİmorneft" ASC-nin ətraf mühitin mühafizəsi laboratoriyasının müdiri Yuri Bezrodnıy, "NMSK "Kazmortransflot" SC-nin dənizçiliyin təhlükəsizliyi və donanmanın istismara verilməsi üzrə idarə direktoru Yevgeni Qetseviç və başqaları məruzə ilə çıxış edəcəklər.