...

İraq Türkiyə və Azərbaycanın qaz kəməri tikintisi layihəsinə qoşula bilər

Energetika Materials 14 Noyabr 2011 11:57 (UTC +04:00)
İraq Türkiyə və Azərbaycan arasında imzalanan yeni qaz kəmərinin tikintisi imkanlarına baxılmasına dair sazişə qoşula bilər.
İraq Türkiyə və Azərbaycanın qaz kəməri tikintisi layihəsinə qoşula bilər

Azərbaycan, Bakı, 14 noyabr /Trend, müxbir A.Tağıyeva /

İraq Türkiyə və Azərbaycan arasında imzalanan yeni qaz kəmərinin tikintisi imkanlarına baxılmasına dair sazişə qoşula bilər. Bu barədə Türkiyənin Energetika və Təbii Resurslar Nazirliyinin müşaviri Səlahəddin Çimen İraqda keçirilən neft və qaz konqresində çıxışı zamanı bildirib. Trend-in məlumatına görə, xəbəri "Anadolu" agentliyi yayıb.

"Bizim üçün İraqın bu layihədə iştirakı çox vacibdir", - Çimen deyib.

Onun sözlərinə görə, dünyada enerjidaşıyıcılara tələbat artır, Türkiyənin strateji vəziyyəti isə regionun iqtisadi və enerji təhlükəsizliyində mühüm rol oynayır.

Azərbaycanın 2025-ci ilədək hasil etmək niyyətində olduğu 50 milyard kubmetr qazın çox hissəsinin ixracı üçün Bakı və Ankara Türkiyə ərazisində yeni qaz kəməri tikmək fikrindədir.

Bu layihənin iştirakçıları 2012-ci ildə gələcək qaz kəməri ilə bağlı bütün məsələlərin həllini başa çatdırmaq və yubanmadan onun tikintisinə başlamaq niyyətindədirlər ki, o, 2017-ci ilin sonlarına, yəni Azərbaycanın "Şahdəniz" yatağının işlənməsinin ikinci mərhələsinin həyata keçirilməsinə başlandıqda hazır olsun.

Xəbər lenti

Xəbər lenti