...

Azərbaycan neftinin qiymətləri yanvarın 24-də azalıb

Energetika Materials 25 Yanvar 2012 10:55 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 yanvar / Trend müxbir E.İsmayılov/

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti yanvarın 24-də 112,31 dollar/barel təşkil edib. 1997-ci ildən yüngül neft hasil edən ARDNŞ-dən (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti)çərşənbə günü verilən məlumata görə, çərşənbə axşamı neftin qiymətləri bazar ertəsinə nisbətən 0,5 dollar/barel azalıb.

"Azeri Light" neft növü Azərbaycanın "Azəri-Çıraq-Günəşli" yataqlar blokundan çıxarılır. Neft digər növlərlə qarışdırılmadan Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə Türkiyənin Ceyhan, dəmiryolla Gürcüstanın Batumi limanlarına çatdırılır. Bununla yanaşı, "Azeri Light" Bakı-Supsa kəməri ilə Gürcüstanın Supsa limanına ixrac olunur.

ARDNŞ-dən bildiriblər ki, FOB Türkiyənin Ceyhan limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti yanvarın 24-də 111,36 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,5 dollar/barel azdır.

Azərbaycan neftin URALS növünü Novorossiysk limanından satır. Buraya xammal Bakı-Novorossiysk boru kəməri ilə çatdırılır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti yanvarın 24-də 107,13 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,41 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti yanvarın 24-də 108,55 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,82 dollar/barel azdır.

Xəbər lenti

Xəbər lenti