...

2012-ci ildə ARDNŞ-nin zavodunda 4 milyard kubmetrdən çox qaz emal ediləcək

Energetika Materials 20 Sentyabr 2012 14:28 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 sentyabr /Trend, müxbir E.İsmayılov/

2012-ci ildə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Qaz Emalı Zavodu 4,38 milyard kubmetr qaz emal etməyi planlaşdırır. Trend-in məlumatına görə, bu barədə cümə axşamı zavodun direktoru Aqşin Paşayevin "Respublika" qəzetində dərc edilən məqaləsində deyilir.

Onun sözlərinə görə, emaldan sonra istehlakçılara 4,3 milyard kubmetr təmizlənmiş quru qazın verilməsi planlaşdırılır.

Paşayev deyib ki, həmçinin cari ildə 33,36 min ton texniki butan və 26,14 min ton qaz benzininin istehsalı planlaşdırılır.

"Bu ilin yanvar-iyul aylarında zavod emal üçün təqribən 2,42 milyard kubmetr qaz alıb, həmin həcmdən 2,37 milyard kubmetrdən bir az çox quru qaz əldə edilib", - məqalədə deyilir.

Paşayev qeyd edib ki, cari ilin başlanğıcından 100 kubmetr qazın emalı zamanı itkinin həcmi 4,6 kubmetr olub ki, bu da planlaşdırılan göstəriciyə uyğundur.

Yanvar-iyul aylarında ümumi qaz emalı gücündən 77 faizi işə salınıb.

Zavodda müqavilə əsasında ARDNŞ-nin "Azneft" İstehsalat Birliyinin qazı emal edilir. Emaldan sonra zavod İB adından məhsulu "Azəriqaz" İB-yə, "Məişətmayeqaz" (maye qaz) MMC-yə və ixraca (qaz benzini) ötürür.

Xəbər lenti

Xəbər lenti