Azərbaycan, Bakı, 16 may /Trend/
Cari ilin əvvəlindən başlayaraq Çilov adasında yerləşən yaşayış evləri və sənaye müəssisələrinin təbii qazla təmin olunması məqsədi ilə tikinti işlərinə başlanılıb.
Trend ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, hazırda bu istiqamətdə işlər yekunlaşmaq üzrədir.
Qeyd edək ki, 414 yaşayış evi və bir sıra sənaye obyektləri olan adada qazlaşdırma işləri "Azəriqaz" İB-nin Təmir Tikinti İdarəsi tərəfindən həyata keçirilir. Mürəkkəb və özünəməxsus iqlim şəraitinə malik adada qısa müddətdə 3022 metr uzunluğunda müxtəlif diametrli polietilen, 14 242 metr uzunluğunda isə polad borular çəkilib, 365 ədəd sayğac və avadanlıq quraşdırılıb.
Yaxın müddətdə Çilov adasının təbii qazla təchizatı tam şəkildə başa çatdırılacaq.