Azərbaycan, Bakı, 26 dekabr /Trend, müxbir E.İsmayılov/
2013-cü il dekabrın 20-nə olan məlumata görə, 2001-ci ilin əvvəlindən Azərbaycanın Xəzər sektorundakı "Azəri-Çıraq-Günəşli" (AÇG) neft-qaz yataqları blokunun işlənməsi layihəsinin həyata keçirilməsi çərçivəsində Azərbaycan Respublikası Dövlət Neft Fonduna (ARDNF) 94 532,2 milyon dollar daxil olub.
ARDNF-dən Trend-ə verilən məlumata görə, 2013-cü il ərzində AÇG layihəsi çərçivəsində Fonda 15 761,4 milyon dollar daxil olub.
Qeyd edək ki, "Azəri-Çıraq-Günəşli" yataqlar blokunda hasilatın pay bölgüsü barədə saziş 1994-cü ildə imzalanıb. Layihənin iştirakçıları aşağıdakılardır: BP (operator - 35,78 faiz iştirak payı), "Chevron" (11,27 faiz), AzACG (11,65 faiz), INPEX (10,96 faiz), "Statoil" (8,56 faiz), "Exxon" (8 faiz), TPAO (6,75 faiz), "Itochu" (4,3 faiz), "Hess" (2,72 faiz).