Azərbaycan, Bakı, 14 yanvar /Trend, müxbir R.Hafizoğlu/
Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Trans-Anadolu qaz kəməri (TANAP) layihəsinin reallaşdırılması üzrə ölkənin payına düşən bütün öhdəliklərin yerinə yetirilməsi üçün müvafiq tapşırıq verib. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı "Rəsmi Qəzet"in saytında bildirilib.
Qəzetin məlumatına görə, tapşırıqda vurğulanır ki, TANAP Türkiyə üçün strateji əhəmiyyətə malik layihələrdən biridir.
TANAP layihəsi Azərbaycanın "Şahdəniz" yatağından qazın Türkiyədən keçməklə Avropaya ixracını nəzərdə tutur.