...

ARDNŞ və Almaniyanın E.ON şirkəti əməkdaşlığı genişləndirir

Energetika Materials 10 Aprel 2014 17:43 (UTC +04:00)
Bu gün Bakıda ARDNŞ və Almaniyanın E.ON şirkəti arasında əməkdaşlıq üzrə Koordinasiya Komitəsinin görüşü olub.
ARDNŞ və Almaniyanın E.ON şirkəti əməkdaşlığı genişləndirir

Azərbaycan, Bakı, 10 aprel /Trend, müxbir E.İsmayılov/

Bu gün Bakıda ARDNŞ və Almaniyanın E.ON şirkəti arasında əməkdaşlıq üzrə Koordinasiya Komitəsinin görüşü olub.

Trend-in məlumatına görə, görüşdə ARDNŞ-nin prezidenti Rövnəq Abdullayev iki şirkət arasında əməkdaşlıq perspektivlərini müsbət qiymətləndirib, E.ON şirkətinin Azərbaycanda ofisinin açılması münasibətilə qonaqları təbrik edib. R.Abdullayev bu gün Azərbaycan üçün mühüm olan "Cənub Qaz Dəhlizi" layihəsi çərçivəsində Cənubi Qafqaz Boru Kəməri, TANAP və TAP kimi irimiqyaslı beynəlxalq layihələrə qədəm qoyduğumuz bir ərəfədə SOCAR və Almaniyanın E.ON şirkəti arasında əməkdaşlığın genişləndirilməsinin böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb.

ARDNŞ-nin prezidenti əmin olduğunu bildirib ki, bu əməkdaşlıq Azərbaycan və Almaniya arasında iqtisadi münasibətlərin dərinləşməsi üçün səmərəli töhfələr verəcək.

"E.ON Global Commodities" şirkətinin icraedici direktoru Xristofer Delbruk təmsil etdiyi şirkətin fəaliyyət istiqamətlərindən danışıb, bu gun Bakı şəhərində şirkətin ofisinin açılışından məmnunluğunu ifadə edib. Koordinasiya Komitəsinin iclasında iştirak edən "Supply East EGC"-nin birinci vitse-prezidenti Uve Fip, "E.ON New Built & Technologies"in əməkdaşlıq və biznesin inkişafı üzrə rəhbəri Detlef Veblinq, "Coorperations Supply East EGC"nin Beynəlxalq əməkdaşlıq departamentinin rəhbəri Olqa Semidelxina, ARDNŞ-nin Sərmayələr İdarəsinin rəis müavini Zaur Qəhrəmanov və başqaları E.ON-ARDNŞ əməkdaşlığı, texniki sahələr və peşəkar treyninq üzrə əməkdaşlıq, Avropa qaz bazarının inkişafı, E.ON-da innovasiya, E.ON-nun kəşfiyyat və istehsalat üzrə fəaliyyəti, "Cənub Qaz Dəhlizi" haqqında təqdimatlar keçiriblər.

Tədbirin sonunda görüşün protokolları imzalanıb.

Həmin gün Bakıda "E.ON" şirkətinin ofisi açılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti