...

34 saylı estakadayanı meydançada yenidənqurma işləri aparılır

Energetika Materials 11 Dekabr 2014 13:01 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 dekabr /Trend/

N.Nərimanov adına Neft və Qazçıxarma İdarəsinin istismar etdiyi 34 saylı estakadayanı meydançada aparılan yenidənqurma işləri başa çatmaq üzrədir.

Trend ARDNŞ-nin saytına istinadən məlumat verir ki, ümumi sahəsi 2074 kvadrat metr olan estakadayanı meydançada 47 ədəd rigel, 188 ədəd plitə quraşdırılıb, 84 ədəd svay vurulub. Hazırda yanğından mühafizə su xəttinin çəkilməsi işləri davam etdirilir.

"Neftqaztikinti" Tresti tərəfindən cari ilin may ayından başlanılmış yenidənqurma işlərinin bu ilin sonuna kimi başa çatdırılması nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti