...

N.Nərimanov NQÇİ-nin istismar etdiyi estakadayanı meydança əsaslı təmir edildi

Energetika Materials 26 Dekabr 2014 16:20 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 dekabr /Trend/

N.Nərimanov adına NQÇİ-nin istismar etdiyi 144 saylı estakadayanı meydançada əsaslı təmir işləri vaxtında və keyfiyyətlə başa çatdırılıb.

Trend ARDNŞ-yə istinadən məlumat verir ki, "Neftqaztikinti" Tresti tərəfindən "Azneft" İB-nin sifarişi əsasında həyata keçirilən əsaslı təmir işləri çərçivəsində 32 ədəd möhkəmləndirici svay vurulub, 6 ədəd metal lövhə, 6 ədəd KMR tipli rigel və 24 ədəd PKP tipli dəmir-beton tava quraşdırılıb.

Meydançanın bu ilin sonunadək istismara təhvil verilməsi planlaşdırılır.

Qeyd edək ki, əsaslı təmir işlərinə 2014-cü ilin yanvar ayından başlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti