...

Çilov adasında abadlıq-quruculuq işləri sürətlənir (FOTO)

Energetika Materials 26 May 2015 18:53 (UTC +04:00)
SOCAR ətraf mühitin qorunması istiqamətində genişmiqyaslı layihələr həyata keçirir.
Çilov adasında abadlıq-quruculuq işləri sürətlənir (FOTO)

Azərbaycan, Bakı, 26 may /Trend/

SOCAR ətraf mühitin qorunması istiqamətində genişmiqyaslı layihələr həyata keçirir.

Trend Şirkətin saytına istinadən məlumat verir ki, bu çərçivədə "Azneft" İstehsalat Birliyinin "28 May" NQÇİ-nin yerləşdiyi Çilov adasında ekoloji siyasətin həyata keçirilməsi uğurla davam etdirilir. Belə ki, 2015-ci ilin birinci rübü ərzində ada ərazisindəki gölməçələr qurudularaq yaşıllıqların sahəsi genişləndirilib, bayraq meydanı ətrafında səliqə-sahman işləri aparılıb. Həmin dövrdə 2500 ədəd ağac və gül kolu əkilib. Ümumiyyətlə, indiyədək adanın ekoloji vəziyyətinin yaxşılaşdırılması məqsədilə 50 mindən çox zeytun və şam ağacı, dekorativ bitkilər əkilib, yaşıllıqlar salınıb. Yaxın gələcəkdə əkiləcək ağacların sayının 100 mini keçməsi nəzərdə tutulur.

Eyni zamanda, adada yaşayan dəniz neftçilərinin sosial-məişət şəraitinin yaxşılışdırılmasına da böyük önəm verilir. Belə ki, yeni yataqxana kompleksi və su şirinləşdirici qurğu tikilib, əhalinin içməli su ilə təminatı yaxşılaşdırılıb, yolların asfalt örtüyü yenilənib, yeni aptek və çay evi tikilərək istifadəyə verilib.

Hazırda müasir standartlara cavab verən yeməkxana binasının inşası davam etdirilir. Yeməkxananın cari ilin sonuna kimi istifadəyə verilməsi nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti