...

SOCAR NEZ üçün yeni bitum qurğusu tikəcək (ƏLAVƏ OLUNUB)

Energetika Materials 3 İyun 2015 14:12 (UTC +04:00)
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) Heydər Əliyev adına Bakı Neft Emalı Zavodu üçün yeni bitum qurğusunu inşa edəcək.
SOCAR NEZ üçün yeni bitum qurğusu tikəcək (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 3 iyun /Trend/

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) Heydər Əliyev adına Bakı Neft Emalı Zavodu üçün yeni bitum qurğusu inşa edəcək.

Trend-in məlumatına görə, bunu jurnalistlərə SOCAR-ın prezidenti Rövnəq Abdullayev deyib.

Onun sözlərinə əsasən, SOCAR 250 min ton gücündə olan köhnə bitum qurğusunun imkanlarını genişləndirib: "Bakının iki NEZ-inin birləşdirilməsi işləri ilə əlaqədar mövcud qurğunun modernləşdirilməsini həyata keçirdik ki, o 2030-cu ilədək benzinə olan tələbatı təmin edə bilsin. Lakin biz yanacağa artan tələbatı qarşılamaq üçün daha bir bitum qurğusunu inşa etməyə hazırlaşırıq".

R.Abdullayev qeyd edib ki, "Azneftyağ" zavodunun ləğv edilməsindən sonra müəssisənin neftin ilkin emalı üzrə qurğuları satışa çıxarılacaq: "NEZ-in bərpası və təkmilləşdirilməsi 2015-2018-ci illərdə yerinə yetiriləcək. İlkin mərhələdə yeni bitum qurğusunun, illik 3 milyon ton gücə malik dizel yanacağı istehsalı qurğusunun, həmçinin katalitik krekinq qurğusunun inşası həyata keçiriləcək".

Bərpa işləri başa çatdıqdan sonra NEZ-in emal gücü ildə 6 milyon tondan 7,5 milyon ton neftə kimi artacaq.

Təkmilləşdirilmənin dəyəri 1 milyard dollar həcmində qiymətləndirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti