Azərbaycan, Bakı, 12 iyun /Trend/
N.Nərimanov adına NQÇİ-də tikinti-quraşdırma və təmir işlərinin həcmi genişləndirilib.
Trend SOCAR-ın saytına istinadən məlumat verir ki, "Azneft" İstehsalat Birliyi N.Nərimanov adına Neft Qazçıxarma İdarəsinin istismar etdiyi "Səngəçal-Duvannı-Xərə-Zirə" dəniz yatağında hasilat quyularının səmərəliliyinin artırılması, eləcə də burada yerləşən texnoloji avadanlıqların təhlükəsizliyinin təmin edilməsi məqsədilə 124, 277, 279, 282, 290, 477, 607 və 674 saylı estakadayanı meydançalarda əsaslı təmir işləri uğurla davam etdirilir.
Təmir işləri zamanı korroziyaya uğramış metal-konstruksiyasılar yenisi ilə əvəz olunub. 144 saylı estakadayanı meydançada əsaslı təmir işləri tamamlanıb. 187 saylı estakadayanı meydança və "8 Mart" yatağında yerləşən 566 saylı stasionar dəniz özülündə isə son tamamlama işləri aparılır. "Bulla-dəniz" yatağında yerləşən 77 saylı stasionar dəniz özülündə 400 kvadratmetr sahə də əsaslı təmir olunub.