...

444 saylı estakadayanı meydançada qazpaylama sistemi yenidən qurulub

Energetika Materials 19 Fevral 2016 17:03 (UTC +04:00)
NQÇİ-nin 444 saylı estakadayanı meydançasındakı qazpaylama məntəqəsinin yenidənqurma işləri çərçivəsində 2-ci buraxlış kopmleksi “Neftqaztikinti” Tresti tərəfindən tikilərək istismara verilib.
444 saylı estakadayanı meydançada qazpaylama sistemi yenidən qurulub

Bakı. Trend:

"Azneft" İstehsalat Birliyi N.Nərimanov adına Neft və Qazçıxarma İdarəsinin (NQÇİ) istismar etdiyi yataqlarda hasilat quyularının səmərəliliyinin artırılması, eləcə də burada yerləşən texnoloji avadanlıqların təhlükəsizliyinin təmin edilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilir.

Trend SOCAR-ın saytına istinadən məlumat verir ki, NQÇİ-nin 444 saylı estakadayanı meydançasındakı qazpaylama məntəqəsinin yenidənqurma işləri çərçivəsində 2-ci buraxlış kopmleksi "Neftqaztikinti" Tresti tərəfindən tikilərək istismara verilib. Bu, NQÇİ-nin estakadayanı meydançalarında fəaliyyət göstərən neft quyularının qazlift üsulu ilə təhlükəsiz istismarına zəmin yaradır.

Texnoloji sxemə əsasən, layihə üzrə 2 ədəd avtomatik qazpaylayıcı qurğu quraşdırılıb. Meydança üçün ayrılan qaz əvvəlcə separator blokunda separasiya olunur, sonra isə 5 ədəd "Bail-1" tipli elektrik qaz qızdırıcı qurğularından keçərək avtomatik qazpaylayıcı qurğuya daxil olur. Burada hər quyunun tələbatına uyğun olaraq qazın sərfiyyatı tənzimlənir və estakadayanı meydançaya çəkilmiş ikidüyməli borular vasitəsilə müvafiq quyulara ötürülür. Avtomatik qazpaylayıcı qurğu vasitəsilə 16 quyunun fasiləsiz olaraq qaz-lift üsulu ilə işləməsi təmin olunacaq.

Yeni qazpaylama sistemi istifadəyə verilməklə uzun müddətdən bəri istismarda olan 2 ədəd qazpaylama məntəqəsinin bir məntəqədə birləşdirilməsinə nail olunub. Həmin məntəqə müasir tələblərə və beynəlxalq standartlara cavab verən şərtlər əsasında tikilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti