...

Böyük Britaniyanın Baş naziri: Azərbaycanın neft və qazı Avropa üçün həyati önəmə malikdir

Energetika Materials 1 İyun 2016 11:49 (UTC +04:00)
Azərbaycan və Böyük Britaniya möhkəm ikitərəfli əlaqələri inkişaf etdirməyə davam etdirəcəklər.
Böyük Britaniyanın Baş naziri: Azərbaycanın neft və qazı Avropa üçün həyati önəmə malikdir

Trend-i buradan izləyin

Bakı. Seymur Əliyev - Trend:

Azərbaycan və Böyük Britaniya möhkəm ikitərəfli əlaqələri inkişaf etdirməyə davam etdirəcəklər. Trend-in məlumatına görə, bu barədə Böyük Britaniyanın Baş naziri Devid Kemeronun 23-cü Beynəlxalq Xəzər Neft və Qaz - Caspian Oil & Gas 2016 sərgisinin və 6-cı Xəzər Beynəlxalq Energetika və Alternativ Enerji - Caspian Power 2016 konfransının iştirakçılarına göndərdiyi məktubda deyilir.

Sərginin açılışında oxunan məktubda deyilir: "Zati-aliləri Prezident İlham Əliyev və Azərbaycan xalqını bu cəlbedici sərgi və konfransın keçirilməsi münasibətilə təbrik etmək istəyirəm".

Məktubda iki ölkənin möhkəm ikitərəfli əlaqələri inkişaf etdirməyə davam edəcəklərinə dair ümid ifadə olunur: "Olduqca şadam ki, Britaniya şirkətləri Azərbaycanın karbohidrogen sektorunun inkişafında vacib rol oynayırlar".

Məktubda qeyd olunur ki, Azərbaycanın enerji resursları Avropa və dünya iqtisadiyyatında, Avropanın enerji təhlükəsizliyində həyati önəmli rol oynayırlar: "Cənub Qaz Dəhlizi" Avropa bazarlarına enerji resurslarının tədarüklərinin şaxələndirilməsində vacib rol oynayırlar. Böyük Britaniya "Cənub Qaz Dəhlizi" və Transadriatik boru kəməri layihəsinin inkişafında Azərbaycanın rolunu alqışlayır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti