...

Azərbaycanda "SOCAR GPC" yaradıldı

Energetika Materials 7 Dekabr 2016 12:39 (UTC +04:00)
Azərbaycan Dövlət Neft Şirkətinin yeni müəssisəsi “SOCAR GPC” MMC dövlət qeydiyyatından keçib
Azərbaycanda "SOCAR GPC" yaradıldı

Bakı. Maksim Tsurkov - Trend:

Azərbaycan Dövlət Neft Şirkətinin yeni müəssisəsi “SOCAR GPC” MMC dövlət qeydiyyatından keçib.

Trend-in Vergilər Nazirliyinin “Vergilər” qəzetinə istinadən verdiyi məlumata görə, şirkət “bir pəncərə” prinsipi əsasında 2016-cı il avqustun 19-u qeydiyyata alınıb.

MMC-nin nizamnamə kapitalı 1000 dollar təşkil edir. Şirkətin rəsmi nümayəndəsi Fərid Cəfərovdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti