...

Xoşbəxt Yusifzadə: Azərbaycanın mənfəət neftinin payı artacaq

Energetika Materials 2 İyun 2017 11:37 (UTC +04:00)
Azərbaycan mənfəət neftinin payıma "Azəri-Çıraq-Günəşli" yataqlar blokunda hasilatın ümumi həcmindən 200 milyon ton neft düşür.
Xoşbəxt Yusifzadə: Azərbaycanın mənfəət neftinin payı artacaq

Bakı. Maksim Tsurkov - Trend:

Azərbaycan mənfəət neftinin payıma "Azəri-Çıraq-Günəşli" yataqlar blokunda hasilatın ümumi həcmindən 200 milyon ton neft düşür.

Trend-in məlumatına görə, bunu SOCAR-ın birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə Bakıda keçirilən 24-cü Beynəlxalq Xəzər Neft və Qaz konfransında deyib.

X.Yusifzadə qeyd edib ki, Azərbaycanın mənfəət neftinin payı artmaqda davam edəcək.

Onun sözlərinə görə, 1997-ci ilin noyabrından 2017-ci il iyunun 1-nə AÇG-dən 428,4 milyon ton neft və 133 milyard kubmetr səmt qazı hasil olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti