...

Estakadayanı meydançada əsaslı təmirə başlanılıb

Energetika Materials 12 İyul 2017 11:46 (UTC +04:00)

Bakı. Trend:

SOCAR-ın “Neftqaztikinti” Tresti “Azneft” İstehsalat Birliyinin sifarişi ilə N.Nərimanov adına NQÇİ tərəfindən istismar olunan 410 saylı estakadayanı meydançada əsaslı təmir işlərinə başlayıb.

Trend SOCAR-a istinadən verdiyi məlumata görə, meydançanın istismarının daha keyfiyyətli təmin edilməsi məqsədi ilə həyata keçirilən işlər çərçivəsində müxtəlif ölçülü 46 svayın vurulması, ümumi çəkisi 150 ton olan 5 ədəd metal lövhənin quraşdırılması nəzərdə tutulur.

Layihə üzrə 1000 kvadrat metr sahənin əsaslı təmiri gözlənilir. İşlər təhlükəsizlik və əməyin mühafizəsi üzrə bütün müasir tələblərə uyğun şəkildə aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti