...

ABŞ-ın energetika üzrə xüsusi elçisi Azərbaycana səfər edəcək

Energetika Materials 9 Yanvar 2018 10:07 (UTC +04:00)
ABŞ-ın energetika üzrə xüsusi elçisi Azərbaycana səfər edəcək.
ABŞ-ın energetika üzrə xüsusi elçisi Azərbaycana səfər edəcək

Bakı. Ləman Zeynalova - Trend:

ABŞ Dövlət Departamentinin beynəlxalq energetika üzrə xüsusi elçisi və əlaqələndiricisi vəzifəsini icra edən Syu Saarnio fevral ayında Azərbaycana səfər edəcək.

Bu barədə Trend-ə ABŞ Dövlət Departamentindən məlumat verilib.

Xüsusi elçi Bakıda "Cənub Qaz Dəhlizi"nin Məşvərət Şurasının 4-cü iclasında iştirak edəcək.

Bundan əvvəl Azərbaycan Energetika Nazirliyindən Trend-ə bildirilmişdi ki, iclasın dəqiq tarixi yaxın günlərdə açıqlanacaq.

Xatırladaq ki, "Cənub Qaz Dəhlizi"nin Məşvərət Şurasının ilk iclası 2015-ci il fevralın 12-də, ikincisi 2016-cı il fevralın 29-da, üçüncü iclası isə ötən il fevralın 23-də keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti