Bakı. Ləman Zeynalova - Trend:
Transadriatik boru kəmərinin (TAP) tikintisi çərçivəsində İtaliyanın Apuliya regionunda mikrotunellər üçün su keçirməyən örtüklü özüllərin qazılması işləri başa çatıb.
Trend-in məlumatına görə, bunu TAP layihəsinin meneceri Qabriel Lanza deyib.
O qeyd edib ki, mikrotunellərin inşası ərazisində işlər davam edir:
"Növbəti addım kimi özülün daxilində beton işlərinin yekunlaşdırılması nəzərdə tutulur".