...

SOCAR-ın müqavilələrinin yarısından çoxu Azərbaycan şirkətlərinin payına düşür

Energetika Materials 8 Aprel 2019 19:06 (UTC +04:00)
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) 2015-ci ildən 2019-cu ilin fevralınadək subpodratçı, istehsalçı və tədarükçülərlə bağladığı müqavilələrin 56 faizə yaxını Azərbaycan şirkətlərinin payına düşür
SOCAR-ın müqavilələrinin yarısından çoxu Azərbaycan şirkətlərinin payına düşür

Bakı. Sara İsrafilbəyova - Trend:

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) 2015-ci ildən 2019-cu ilin fevralınadək subpodratçı, istehsalçı və tədarükçülərlə bağladığı müqavilələrin 56 faizə yaxını Azərbaycan şirkətlərinin payına düşür.

Trend-in məlumatına görə, bunu SOCAR-ın strateji inkişaf üzrə vitse-prezidenti Tofiq Qəhrəmanov deyib.

SOCAR-ın kiçik və orta biznes üçün avadanlıqlar, xidmətlər və materiallara olan tələbat barədə məlumatların yerləşdirəcəyi yeni portal barədə danışan T.Qəhrəmanov bildirib ki, bu, böyük nailiyyətdir:

“Bu gündən başlayaraq yerli istehsalata dəstək yeni səviyyəyə çıxacaq və yerli şirkətlər layihələrdə daha fəal iştirak edəcək”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti