Bakı. Trend:
“Azneft” İstehsalat Birliyinin (İB) N.Nərimanov adına Neft və Qazçıxarma İdarəsində (NQÇİ) neft-mədən və sosial-məişət infrastrukturunun inkişafına dair müşavirə keçirilib.
“Azneft”dən Trend-ə verilən məlumata görə, tədbirdə Birliyin, eyni zamanda Kompleks Qazma İşləri və “Neftqaztikinti” trestlərinin, “Neftqazelmitədqiqatlayihə” İnstitutunun, “SOCAR-AQŞ” MMC-nin və digər təşkilarların rəhbər şəxsləri iştirak ediblər.
“Azneft” İB-nin Baş direktoru Daşqın İskəndərov Birliyin istismar etdiyi yataqlarda neft-qaz hasilatının artırılması, həyata keçirilən təhlükəsizlik tədbirləri, ətraf mühitin mühafizəsi sahəsində görülən işlər barədə məlumat verib. Baş direktor N.Nərimanov adına NQÇİ-nin istismar etdiyi “Bulla-dəniz” yatağının gələcək perspektivlərindən bəhs edib, yataqda qazılan yeni quyular barədə məlumat verib.
Sonra N.Nərimanov adına NQÇİ-nin rəisi Pərviz Əhmədov idarənin neft-qaz hasilatı üzrə tapşırıqların yerinə yetirilməsi və illik plana dair təqdimatla çıxış edib.
Müşavirədə müxtəlif sahələri əhatə edən təkliflər səsləndirilib, qarşıda duran vəzifələr müzakirə olunub.