...

Avropada təbii qaz 10 faizdən çox bahalaşıb

Energetika 14 Yanvar 2022 12:08 (UTC +04:00)

Bakı. Orxan Nəbiyev - Trend:

Avropa birjalarında təbii qazın qiyməti yenidən artmağa başlayıb.

Trend-in məlumatına görə, Niderlandın TTF habında təbii qazın fevral fyuçersləri 1 100 dollar həddini ötüb.

Hazırda qazın min kubmetri 1 121 dollar ətrafında alınıb satılır.

Qeyd olunur ki, qiymətlə ötən günlə müqayisədə 10,6 faiz bahalaşıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti