...

Azərbaycan fövqəladə vəziyyət halında Avropaya daha çox qaz tədarük etməyə hazırdır - Səfir

Energetika Materials 29 Yanvar 2022 10:09 (UTC +04:00)

Bakı. Ləman Zeynalova - Trend:

Azərbaycan fövqəladə vəziyyət halında Avropaya daha çox qaz tədarük etməyə hazırdır.

Trend-in məlumatına görə, bunu Böyük Britaniya mətbuatına müsahibəsində Azərbaycanın bu ölkədəki səfiri Elin Süleymanov deyib.

"Türkiyədə olduğu kimi kəskin zərurət yaranacağı halda, əlbəttə ki, müəyyən əlavə həcmlər əlçatan olacaq", - deyə səfir bildirib.

Onun sözlərinə görə, Azərbaycan daha çox qaz hasil edə və Cənub Qaz Dəhlizinin gücünü artıra bilər. Ölkə həmçinin Türkmənistan qazını da nəql edə bilər, belə ki, hər iki ölkə Xəzər dənizində "Dostluq" yatağının birgə işlədilməsi niyyətindədir.

"Biz qısamüddətli böhranla əlaqədar enerji təhlükəsizliyi, potensial genişlənmə və həcmlərin artırılması barədə qərarlar qəbul etmirik. Qısamüddətli mandatlarla uğur qazanmaq mümkün deyil. Bu, uzunmüddətli planlaşdırma, prosesdir" - deyə o bildirib.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti