...

Xəzər regionu enerji ehtiyatları tədarükünün təhlükəsizliyinin təmin olunmasında böyük rol oynayır - Qeri Cons

Energetika Materials 2 İyun 2022 13:42 (UTC +04:00)

Bakı. Trend:

Xəzər dənizi regionu enerji ehtiyatları tədarükünün təhlükəsizliyinin təmin olunmasında böyük rol oynayır.

Trend-in məlumatına görə, bunu bp şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qeri Cons Bakıda keçirilən 27-ci Enerji Forumunda deyib.

O qeyd edib ki, neft-qaz ehtiyatlarına hələ onilliklər boyunca tələbat olacaq. Bundan başqa, bu gün "təmiz" enerjiyə tələbat var, layihələr reallaşdırılır və investisiyalar qoyulur.

Q.Cons əlavə edib ki, "Azəri-Çıraq-Günəşli" yatağında ACE platformasının istismara verilməsi planlaşdırılır.

"Neft-qaz ehtiyatlarının maksimal hasilat həcminin əldə olunması üçün müasir texnologiyalar tətbiq olunur. Bu platformada müasir texnologiyalar zərərli tullantıların, xüsusilə metanolun həcmini azaltmağa imkan verəcək", - deyə o bildirib.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti