...

Energetika naziri Qubada vətəndaşlarla görüşüb (FOTO)

Energetika Materials 22 İyul 2022 14:20 (UTC +04:00)
Energetika naziri Qubada vətəndaşlarla görüşüb (FOTO)

Bakı. Trend:

Energetika naziri Pərviz Şahbazov iyulun 22-də Quba şəhərində vətəndaşları qəbul edib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, qəbul zamanı vətəndaşlar elektrik enerjisi və qaz təchizatı, texniki şərtin verilməsi, şəbəkəyə qoşulma, elektrik və qaz sərfiyyatına görə yaranan borc və cərimələr, elektrik enerjisinin keyfiyyəti, qurğu və avadanlıqların istismara yararsız olması və digər məsələlərlə bağlı müraciətlərini diqqətə çatdırıblar.

Nazirliyin aidiyyəti struktur bölmə rəhbərlərinin iştirakı ilə keçirilmiş qəbulda vətəndaşların müraciətləri dinlənilib, qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun həll edilməsi üçün müvafiq tapşırıqlar verilib. Nazirliyin fəaliyyət dairəsinə aid olmayan müraciətlər isə aidiyyəti qurumlara göndərilməsi üçün qeydə alınıb.

Qəbulda Sumqayıt şəhəri və Quba, Qusar, Xaçmaz rayonlarından olan 14 vətəndaş iştirak edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti