...

Potensial alternativ mənbələrdən biri Azərbaycandır - Sloveniyanın İnfrastruktur Nazirliyi (ÖZƏL)

Energetika Materials 21 İyun 2023 09:54 (UTC +04:00)
Potensial alternativ mənbələrdən biri Azərbaycandır - Sloveniyanın İnfrastruktur Nazirliyi (ÖZƏL)
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Sloveniya Azərbaycanla bərpa olunan enerji mənbələri sahəsində əməkdaşlıq üçün böyük potensial görür.

Bu barədə Trend-ə özəl müsahibəsində Sloveniyanın İnfrastruktur Nazirliyinin Energetika Departamentinin direktoru Hinko Solink deyib.

"Biz Sloveniyada hazırda xüsusən daha çox potensial gördüyümüz günəş enerjisi istehsalının təşviqinə fokuslanmışıq. Lakin həmçinin külək, hidro, geotermal enerji və biokütlənin istifadə olunduğu layihələri, o cümlədən alternativ enerji mənbələrindən hidrogen istehsalını və bioqazın istehsal edilməsini də nəzərdən keçiririk", - o deyib.

Solink qeyd edib ki, Sloveniya Avropa İttifaqının (Aİ) enerji mənbələrinin diversifikasiyasının möhkəmləndirilməsi üzrə səylərini dəstəkləyir.

"Şərq tərəfdaşlığı" Proqramı çərçivəsində enerji sahəsində tərəfdaşlığımızı nəzərə aldıqda Azərbaycanla enerji təchizatı sahəsində əməkdaşlığın genişləndirilməsini xüsusən müsbət qarşılayırıq. Sloveniya Aİ qanunvericiliyinə cavab verən, enerji təhlükəsizliyinin və enerji mənbələrinin diversifikasiyasının artmasına səbəb olan istənilən layihəni müsbət qarşılayır. Bazarda tədarükçü nə qədər çox olarsa, rəqabət və nəticədə yekun istehlakçı üçün təbii qaz tədarükü bir o qədər çox olar", - deyə o əlavə edib.

Hinko Solink Sloveniyanın Rusiyanın qazıntı yanacağından imtina etmək məqsədilə təbii qaz tədarükçülərinin diversifikasiyasını dəstəklədiyini qeyd edib.

"Potensial alternativ mənbələrdən biri də Azərbaycandır. Bu baxımdan biz Cənub Qaz Dəhlizinin Aİ ilə Azərbaycan arasında energetika sahəsində əməkdaşlığın möhkəmləndirilməsi üçün əla imkan olaraq görürük", - o deyib.

Qeyd edək ki, Cənub Qaz Dəhlizi ilə Avropaya Azərbaycan qazının nəqli 31 dekabr 2020-ci ildə başladılıb. Qaz Xəzər dənizi regionundan Avropa ölkələrinə Gürcüstan və Türkiyə vasitəsilə nəql edilir. Layihənin dəyəri proqnozlaşdırılan 45 milyard dollarla müqayisədə 33 milyard dollar olub. CQD layihəsinin əsaslı xərclərinin əvəzinin 8-10 il ərzində tam çıxacağı gözlənilir. 2022-ci ilin iyul ayında Azərbaycan və Aİ Cənub Qaz Dəhlizi ilə tədarüklərin həcmini hazırkı 10 milyard kubmetrdən 2027-ci ildə 20 milyard kubmetrədək artırmaq barədə razılığa gəliblər.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Twitter: @Lyaman_Zeyn

Məqalədə:
Xəbər lenti

Xəbər lenti