...

2025-ci ildə Bakı-Tbilisi-Ceyhan boru kəməri üzrə əsaslı xərclər artıb

Energetika Materials 12 Fevral 2026 14:14 (UTC +04:00)
2025-ci ildə Bakı-Tbilisi-Ceyhan boru kəməri üzrə əsaslı xərclər artıb
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

2025-ci il ərzində Bakı-Tbilisi-Ceyhan neft boru kəməri üzrə əməliyyat xərclərinə təxminən 131 milyon dollar, əsaslı xərclərə isə 98 milyon dollar vəsait xərclənib.

Bu barədə Trend bp-yə istinadən xəbər verir.

Müqayisə üçün, 2024-cü il üzrə bu göstəricilər müvafiq olaraq 146 milyon dollar və 44 milyon dollar olub. Beləcə, illik ifadədə əməliyyat xərcləri 10,3 faiz azalıb, əsaslı xərclər isə 2,2 dəfə artıb.

Hazırda BTC boru kəməri əsasən Azərbaycandan AÇG nefti və Şahdəniz kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə Xəzərin digər regional xam neft və kondensat həcmləri (Qazaxıstan, Türkmənistan, SOCAR-ın Azərbaycanda hasil edilmiş digər həcmləri) də nəql olunur.

2025-ci ildə BTC vasitəsilə ixrac olunmuş təqribən 27 milyon ton (təxminən 207 milyon barel) xam neft və kondensat Ceyhan terminalında 283 tankerə yüklənmiş və yola salınmışdır.

“BTC Ko”nun səhmdarlarının pay bölgüsü aşağıdakı kimidir:

bp (30,10%), SOCAR (32,97%), MOL (8,90%), TPAO (6,53%), Eni (5,00%), TotalEnergies (5,00%), İTOÇU (3,40%), ONGC Videş (3,10%), EksonMobil (2,50%) və İNPEKS (2,50%) şirkətləridir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti