...

KONFRANSDA İŞTİRAK ÜÇÜN BAKIYA TÜRKİYƏDƏN NÜMAYƏNDƏ HEYƏTİ GƏLİB

Energetika Materials 9 Sentyabr 2005 20:07 (UTC +04:00)

"Enerji sektorunda liberallaşdırma və elektrik enejisinin bölünməsinin Azərbaycan modeli" mövzusunda keçirilən elmi-təcrübi konfransda iştirak üçün Türkiyənin parlament deputatlarının və energetika müəssisələri nümayəndələrinin qatıldığı 14 nəfərlik tərkibdə nümayəndə heyəti bu gün Bakıya gəlib.

Trend bildirir ki, nümayəndə heyətinin səfəri çərçivəsində Barmek şirkətinin müştərilərə xidmət İdarəsinin yeni binasının açılışı gözlənilir.Sabah Xəzri-Siyəzən EÖX, Siyəzən rayonunda, Maştağada və Mərdəkanda yarımstansiyaların istismara verilməsi nəzərdə tutulur.

Enerji komissiyasının sədri Soner Aksoy qeyd edib ki, səfər çərçivəsində nümayəndə heyəti Azərbaycan enerji sektorunun liberallaşdırılması və Barmek -in gerçəkləşdirdiyi layihələrlə tanış olacaq.

"Azərbaycan enerji ehtiyatları ilə zəngindir ki, bu da ona dünyanın mühüm dövlətlərindən birinə çevrilməyə imkan verir.Belə ki, dünya təcrübəsi göstərir ki, elektrik enerjisi istehsal edən respublikalar dünyanın ən tanınmış dövlətlərindən biri olur" -deyə o qeyd edib.

O, həm də qeyd edib ki, sentyabrın 10-da Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya məsələləri üzrə daimi komissiyasının nümayəndələri ilə görüş nəzərdə tutulur.

Xəbər lenti

Xəbər lenti