...

Dağıstan ərazisində Bakı-Novorossiysk kəmərindən neft oğurluğu neftin nəqlinə təsir göstərməyib

Energetika Materials 19 İyul 2006 18:10 (UTC +04:00)

Dağıstan hüquq-mühafizə orqanlarının əməkdaşları Noqay rayon sakinini neft oğurluğunda şübhəli bilərək saxlayıb. Aparılan əməliyyat-profilaktika tədbirləri nəticəsində Bakı-Tixoretsk magistral kəmər borusunda qanunsuz müdaxilə aşkarlanıb. Bu barədə Trend "Daqestan" RİA-ya istinadən xəbər verir.

ARDNŞ-dən Trend ə verilən məlumata əsasən, Bakı-Novorossiysk boru kəmərilə neftin nəqli davam edir.

Birinci yarımildə Azərbaycan Bakı-Novorossiysk kəmərilə 2 mln. 354,984 min ton Urals nefti nəql edib (ötən ilin analoji dövrində - 905,7 min ton). 346,7 min ton ARDNŞ və 2 mln. 8 min 224 ton ABƏŞ-in payına düşüb.

Xəbər lenti

Xəbər lenti