...

Türkiyədə BTC boru kəmərinin istismarı məqsədilə Botas International Limited şirkəti yaradılıb

Energetika Materials 20 İyul 2006 12:52 (UTC +04:00)

Trend in xəbər verdiyi kimi, Türkiyədə Bakı-Tiflis-Ceyhan əsas ixrac boru kəmərinin inşası layihəsinin operatoru olan bu ölkənin Botas şirkəti Türkiyə ərazisində boru kəmərinin inşasını idarə etmək üçün 2000-ci ilin yanvarında yaradılmış "BTC Layihesi Mudirliyi" şirkətini ləğv edib.

Bu orqanın ləğv edilməsinə səbəb BTC boru kəmərinin inşasının başa çatması və istismar mərhələsinin başlanmasıdır.

Boru kəmərinin istismarı üzrə işlərlə Botas-ın idarəçiliyində olan Botas International Limited şirkəti məşğul olacaq. Hazırda arxiv və əmlakın təhvil-təslim prosesi gedir.

Qeyd edək ki, BTC Co boru kəməri şirkətinin rəhbəri 1 iyul 2006-cı il tarixdən Rəşid Cavanşir təyin olunub. O, bu vəzifədə Maykl Taunşendi əvəz edib.

Xəbər lenti

Xəbər lenti