...

"Şərqi Azəri" platformasının üst tikililərinin göndərilmə tarixi müəyyən olunub

Energetika Materials 26 İyul 2006 16:18 (UTC +04:00)

"Azəri"-"Çıraq"-"Günəşli" yatağının işlənməsi layihəsi çərçivəsində "Azəri" yatağının şərq hissəsində quraşdırılacaq platformanın üst tikililəri gələn ayın əvvəlində dənizdə quraşdırılmaq üçün göndəriləcək. Lakin bu hava şəraitindən asılı olacaq. Bu barədə Trend ə Azərbaycan Dövlət Neft Şirkətindən xəbər veriblər. Hazırda üst tikililər STB-1 nəqledici barjaya yüklənib.

Bu qurğunun çəkisi 18 min tondur. O, qazma və hasilat üçün nəzərdə tutulub. Platforma həmçinin yaşayış blokları ilə təchiz olunub. Platformanın bu hissəsi "AÇG" layihəsinin operatoru olan BP şirkətinin podratçısı Amerikanın McDermott şirkəti tərəfindən tikilib.

Bu platformanın istinad bloku artıq dənizdədir. O, dənizə bu ilin birinci rübündə göndərilib.

Xəbər lenti

Xəbər lenti